Şirkətin müştəriyönümlü olmasını necə təyin etmək olar?
Şirkətlər müştəriləri daha çox olsun deyə müxtəlif üsullardan istifadə edir, müştərilərə daha çox şans verməyə çalışırlar. Müştərilərin az olması şirkətlərin isə çox olması şirkətləri müştəriyönümlü siyasət qurmağa məcbur edir. Bəs müştəriyönümlü şirkətlər hansılardır?
Biznes konsultant Elxan Sultanlı bu barədə Valyuta.az-a bildirib ki, dünyada müştəriyönümlü və əməkdaşyönümlü şirkət anlayışı son beş ildə yaranmağa başlayıb. Ondan öncə də mövcud idi, amma artıq bu mərkəzi hissəyə otuzdurulub, şirkətlərdə əsas struktur bunun üzərində qurulmağa başlayıb:
“Dünyada gedən iqtisadi proseslər onu göstərir ki, əvvəl müştəri şirkəti axtarırdısa, artıq şirkətlər müştəriləri axtarmağa başlayıb. Eyni sahədə olan şirkətlərin sayı dəfələrlə artdı və avtomatik olaraq şirkətlərin arasında bölüşdürülən müştəri sayı minimumlara enməyə başladı. Buna görə də, müştəri qaçırmamaq üçün müştəriyönümlü struktur formalaşmağa başladı.
Nədir müştəriyönümlü olmaq? Məsələn, biz tikinti sektorunda fəaliyyət göstəririk və on mərtəbəli bina inşa edirik, on mərtəbəli binanın inşasında struktur olaraq nəzərdə tuturuq ki, hər mərtəbədə beş mənzil olacaq, hər mənzilin iki-üç otağı olacaq. Buna uyğun olaraq müəyyən usta işləri görülürdü. Son zamanlar bu, ümumi başlıqlar olaraq görünür. Yəni, bir mənzilin otağlarının necə yerləşdiyinə alıcı özü qərar verir. Ola bilər ki, bu mənzil bir, beş və ya on il sonra satılacaq. Oradakı qərarı mənzili alacaq şəxs verir. Müştəri özü otağlarının yerini təyin edir. Amma əvvəllər belə deyildi, standartlar üzərində bina inşa olunurdu və müştəri o qəlibə razı olmaq məcburiyyətində qalırdı. Yəni otaqlarının yerini dəyişə bilməzdi”.
Konsultant müştəriyönümlü siyasətin əsas sturkturunun harda görünməsi haqqında da danışıb:
“Hazırda elə müəssisə, sektor, şirkət yoxdur ki, orada bir neçə aylıq, illik kredit və ya ipoteka şərtləri olmasın. Bir neçə il əvvələ baxsaq görərik ki, ipoteka, kredit anlayışı çox az idi. İndi isə hətta on manatlıq məhsulu da bir neçə aya bölüb ala bilirik. Bu, ona görədir ki, müştəri sayı azdır, şirkət sayı dəfələrlə çoxdur. Onlar müştərilərini qaçırmamaq üçün müxtəlif şanslar verirlər. Kim müştəriyə daha çox şans, komfort verirsə, həmin müştərini də alıcı kimi sığortalamış olur. Bunlar şirkətlərin müştəriyönümlü münasibətinin göstəriciləridir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay