Zəngəzur dəhlizinin açılmasında problem olsa...
"Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı bir problem olarsa, bu marşrutun İran ərazisindən keçməsi ehtimalı var. Azərbaycan İran tərəfi ilə bu məsələdə təmasdadır".
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var və bu alternativlərin hər ikisi hazırda masadadır.
Abdulkadir Uraloğlu hazırda tikinti işlərinin davam etdiyini də əlavə edib.
“Hazırda Azərbaycan tərəfi tikintini davam etdirir. Naxçıvan və bizim tərəfdəki işlər üçün tender keçirilib. 106 kilometrlik yol bərpa ediləcək və ya yenidən qurulacaq. Dediyim kimi, hər iki alternativ masadadır”, - deyə nazir vurğulayıb.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay