Azərbaycanın 100 milyon dollara inşa etdirdiyi məhəllə (VİDEO)
Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir.
Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq bir neçə binanın təməli qoyulub.
Digər binalar üçün hazırlıq gedir, zəmin möhkəmləndirilir. Buradakı binaların zəlzələyə dayanıqlı olmasına xüsusi önəm verilir. Tikintidə yüksək keyfiyyətli materiallardan istifadə olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Xatırladaq ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay