İnfrastruktur
08.01.2024 / 14:32
Bakıda su və kanalizasiya sistemlərinin qurulması 9,2 mlrd. manata başa gələcək
40040
2020-2040-cı illərdə Bakı şəhərinin su və kanalizasiya sistemlərinin qurulmasına 9,2 mlrd. manat vəsait tələb olunur.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd edilib.
Baş plana əsasən, bu vəsaitin 2 mlrd. 686 mln. manatı magistral su xəttlərinin, 5 mlrd. 131,6 mln. manatı əsas kanalizasiya xəttlərinin, 487,9 milyon manatı yağış kanalizasiya xəttlərinin çəkilməsinə və 2,1 mln. manat kanalizasiya və su təhcizatı üçün nasosxananın tikilməsinə sərf edilməsi planlaşdırılıb.
Bundan əlavə, tullantı suların idarəçiliyi proqramının icra edilməsi üçün 897,4 mln. manat vəsait tələb olunur.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay