Qarabağa ayrılan 3.8 milyard hara xərclənəcək? (ŞƏRH)
"Qarabağda əsas iş yol infrastrukturundan keçir".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin hara xərclənməsindən danışarkən deyib.
Ekspert bildirib ki, söhbət görülən, eyni zamanda başlanığıc işlərin maliyyələşdirilməsindən gedir:
“3 milyard 825 milyon manatın xərclənəcəyi istiqamətlər var. Yol infrastrukturunun inkişaf etdirilməsi əsas mövzulardandır. Müxtəlif istiqamətlərdə avtomobil və dəmir yol xətləri çəkilir. Eyni zamanda, Qarabağın mərkəzi hissəsi də qayıdıb. Mövcud ərazilərdə Qarabağın mərkəzinin əlaqələndirilməsi istiqamətində həm dəmir yol xəttinin, həm də avtomobil yol xəttinin tikintilərinin birləşdirilməsi prosesi gedəcək".
Xalid Kərimli əlavə edib ki, ərazilərin təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsinə vəsaitlər sərf olunacaq:
“Ərazidə enerji infrastrukturunun qurulması investisiya tələb edəcək. Bundan əlavə hökumətin yaxın zamanda 100 min əhalinin köçürülməsi ilə bağlı ciddi planı var. Yaşayış yerlərinin tikilməsi üçün vəsait xərclənəcək".
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi məlum olub. Dövlət büdcəsindən bu məqsədlər üçün 3 milyard 825 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay