İnfrastruktur
13.10.2023 / 20:36
Ağdamda 5-ci faza üzrə tikinti işləri başlayır
34468
Ağdam şəhərində tikinti işləri davam etdirilir.
Valyuta.az xəbər verir ki, artıq 5-ci faza üzrə məcburi köçkünlər üçün orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksinin tikintisi layihəsinin icrası planlaşdırılır.
Artıq Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdaretmə Xidməti bununla bağlı tender elan edib.
Tender noyabrın 16-dək davam edəcək.
Ağdam şəhəri birinci Qarabağ savaşında ermənilər tərəfindən işğal olunub. 44 günlük müharibədə Azərbaycan Ordusu şəhəri azad edib. Ağdam işğaldan azad edildikdən sonra məlum olub ki, ermənilər şəhəri yerlə-yeksan edib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay