Emin Hüseynov: Ağdam şəhərində 5608 evin tikilməsi nəzərdə tutulur
İnanıram ki, qısa zamanda hər bir azərbaycanlıya işğaldan azad olunmuş ərazilərə səfər etmək qismət olacaq”.
APA xəbər verir ki, bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Təbii ki, baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün bir neçə və yeni pilot layihələr burada tətbiq edilir. Bu gün dövlətimiz öz vəsaiti hesabına Cənab Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verib və hətta bəzi işlər sürətini artırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşınıza qoyulub. Həm Ağdam, Füzuli, Tərtər, Ağcabədi ərazilərində çoxsaylı infrastruktur layihələrinə başlanılıb. 20 ailənin köçürülməsi üzrə işlər sürətlənib. Ümumi olaraq cəmi 15999 ev tikilməsi nəzərdə tutulub. Ağdam şəhərində 5608 evin tikilməsi nəzərdə tutulur. Cənab Prezident tərəfindən təməli qoyulmuş layihələrin işçi qrupları hazırlanır”, - Emin Hüseynov deyib.
O qeyd edib ki, Ağdamda 2 yaşayış məhəlləsinin layihələndirilməsi başlanılıb: “Daha 2 layihə də nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Əfsuslar olsun ki, bərpa prosesində işçi qruplarda müəyyən problemlər olur. Sifarişçi qurumlar bunu nəzərə almalıdırlar. Ağdamda bəzi layihələrin nəticələrini ümidlə gözləyirik”.
Emin Hüseynovun sözlərinə görə, vacib məsələ yol-kommunikasiya məsələlərinin qurulmasıdır: “Aidiyyəti təsərrüfat qurumlar tərəfindən təsdiqlənməlidir. Biz artıq Ağdam nümunəsini layihələndirmişik. Yeni nəsil qazanxana tipli və istilik sistemlərinin quraşdırılması nəzərdə tutulub. Bu bütün layihələrdə nəzərə alınmalıdır. Biz fərqli yanaşmaları tətbiq edirik".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay