İnfrastruktur
30.09.2021 / 13:02
Milli Məclisdə “Meliorasiya və Su Təsərrüfatı" ASC-nin fəaliyyəti tənqid olundu
18641
“Meliorasiya və Su Təsərrüfatı" ASC-nin gördüyü işlər o dərəcədə də ürəkaçan deyil”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.
Deputat ölkədə su sahəsində problemlərlə bağlı dinləmələrin keçirilməsini təklif edib:
“Ölkədə bir çox yerlərdə kollektorlar təmizlənmir. Bu isə şoranlaşmaya səbəb olur. Aidiyyəti qurumların rəhbərlərinin Milli Məclisə dəvət edilməsi və dinləmə keçirilməsi vacibdir”.
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay