Dünyanın ən yaxşı şəhərləri açıqlanıb (TOP-10)
"Resonance" konsatlinq şirkəti "2021-ci ilin ən yaxşı 100 şəhəri" adlı hesabatını təqdim edib. Araşdırma zamanı əhalisi 1 milyondan çox olan şəhərlər altı əsas kateqoriya – yer, insanlar, proqramlaşdırma, məhsul, tərəqqi və reklam üzrə qiymətləndirilib.
Reytinqin lideri London olub, ikinci pillədə Paris, üçdə isə Nyu-York qərarlaşıb. MDB şəhərlərindən Moskva 4-cü, Sankt-Peterburq isə 17-ci olub. Türkiyənin ən iri şəhəri İstanbul siyahının 23-cü pilləsinə layiq görülüb. Sözügedən reytinqin autsayderləri sırasında Sevilya (İspaniya), Şarlott (ABŞ) və Nankin (Çin) şəhərləri yer alıb.
Qeyd edək ki, qiymətləndirmə kateqoriyalarında yer dedikdə, şəhərin iqlimi, təhlükəsizliyi və görməli yerləri, insanlar dedikdə, xaricdə doğulmuş rezidentlərin əhalidəki payı, proqramlaşdırma dedikdə, mədəniyyət, gecə həyatı, restoranlar və alış-veriş mərkəzləri, məhsul kateqoriyasında şəhərdə fəaliyyət göstərən aviaşirkətlərin birbaşa reyslərinin müxtəlifliyi, muzeylərin sayı, habelə ali təhsilin səviyyəsi, tərəqqi kateqoriyasında iqtisadiyyatın gücü, işsizlik və gəlirin bərabər bölünmə səviyyəsi və reklam dedikdə isə şəhər əhalisinin "Facebook"daki girişlərinin, "TripAdvisor"da şəhər haqqında rəylərinin sayı nəzərə alınıb.
Mənbə: "APA-Economics"
Dünyanın 10 ən yaxşı şəhəri:
# |
Şəhər |
Ölkə |
1 |
London |
Böyük Britaniya |
2 |
Paris |
Fransa |
3 |
Nyu-York |
ABŞ |
4 |
Moskva |
Rusiya |
5 |
Dubay |
BƏƏ |
6 |
Tokio |
Yaponiya |
7 |
Sinqapur |
Sinqapur |
8 |
Los-Anceles |
ABŞ |
9 |
Barselona |
İspaniya |
10 |
Madrid |
İspaniya |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay