İnfrastruktur
24.09.2021 / 15:22
Məktəbin təmiri niyə bir fəhlənin öhdəsində qalıb? - VİDEO
18500
Mehdiabad qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəb yay tətilindən təmirə bağlansa da, sonradan işlər dayandırılıb.
Bir ay əvvəl yenidən Təhsil Nazirliyi tərəfindən təmirə başlanılsa da, binada heç kimi görmək mümkün deyil.
Sentyabrın 22-dən dərslərin başlamasına baxmayaraq, məktəbin təmir işləri cəmi bir fəhlənin öhdəsində qalıb.
Təmirə bağlanan məktəbin ibtidai sinif şagirdləri 1 saylı tam orta məktəbə yerləşdirilib.
Məktəbdən isə bildirilib ki, həmin şagirdləri sentyabrın 29-na qədər qəbul edə biləcəklər. Çünki artıq böyük siniflər dərslərə başlayacaq.
İş icraçısını tapa bilməsək də, təmir işlərinin sentyabrın 29-na kimi bitəcəyi deyildi.
Mənbə: Baku TV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay