Bu il 5 yaşayış məntəqəsi və 25 yeni yaşayış massivi qazlaşdırılıb
2021-ci ilin 8 ayında Respublika ərazisində 5 yaşayış məntəqəsi və 25 yeni yaşayış massivi qazlaşdırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib.
O bildirib ki, qazlaşdırılma işləri aparılan ərazilər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Goranboy, Bərdə, Beyləqan, Şəmkir, Qax, Salyan, Sabirabad, Füzuli, Neftçala, Yardımlı, İmişli, Gədəbəy və Ağcabədi rayonlarını əhatə edib:
"Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublika ərazisində yaşayış məskənlərinin qazlaşdırılması və qaz təchizatının yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İB tərəfindən yeni qaz xətlərinin çəkilməsi və mövcud qaz təchizatı şəbəkəsinin əsaslı təmiri işləri davam etdirilir. Ərazilərin qazlaşdırılması üçün cari ildə ümumən 213 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay