BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
17908

Ötən ilin mart ayından ənənəvi tədrisin dayandırıldığı ali təhsil müəssisələrinin auditoriyaları sentyabrın 29-dan tələbələrin üzünə açılacaq. Artıq tələbələr kirayə mənzil axtarışına çıxıblar. 
 

Maraqlıdır, tələbələrin axını kirayə mənzil bazarına necə təsir edəcək?

 

Bununla bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev açıqlamasında tələbələrin ev kirayəsi məsələsinin hər il ənənəvi olaraq problem halına çevrildiyini deyib:

"Keçən il dərslərin distant formada təşkili, tələbələrin geri dönüşü kirayə mənzil bazarında boşluq yaratdı. Amma indi gec də olsa, ali təhsil müəssisələrinin açılması ilə bağlı qərarın verilməsi ilə bu bazarda canlanma müşahidə ediləcək. Müddət azsır, tədrisin başlamasına 10-15 gün qalıb,  tələbələr artıqkirayə mənzil axtarmağa başlayacaqlar. Düzdür, bazarda kirayə evlər demək olar ki, az saydadır. Digər bir problem isə ondan ibarətdir ki, ev sahiblərinin çox hissəsi tələbələrə ev verilməsindən imtina edə bilər. Çünki onlar ötən ilki durumun yenidən təkrarlanmasından ehtiyat edirlər. Yəni tələbələr gəlib ev tutar, yenidən distant təhsilə keçid edilər və evlər boş qalar. Bu baxımdan mənzil sahiblərinin çoxu daimi müştəri tapmağa can atır - hansısa şəhər sakini və ya iş üçün paytaxta gələn adamlar... Bu problemin isə ildən-ilə artması gözlənilir”.

Müsahibimiz qeyd edib ki, xüsusən Bakıda pilot layihələrinin, söküntü-tikinti işlərinin aparılması köhnə, istismar müddətini bitirmiş binaların sökülməsi ilə nəticələnir, bu isə bahalılığa səbəb olur:

"Onların yerinə yeni binalar tikilir, burada isə, mənzilin qiyməti köhnə binadan iki dəfə çoxdur. Eyni zamanda Təbriz, Çapayev küçəsi, Yasamal, Sovetski və başqa ərazilərdə yerləşən həyət evlərinin sökülməsi ilə zamanla ucuz ev problemləri gündəmə gələcək. Yeni mövsümdə təkcə tələbələr deyil, bir çox xidmət sahələrinin işçiləri də şəhərə axın edir. Onların fəaliyyəti bir növ tələbələrlə bağlıdır. Məsələn, universitet ətrafındakı kafe-restoranlar, mağazalar, digər sahələr işə başlamaq üçün tələbələrin gəlişini gözləyirlər. Onların da çoxu kənarlardan gələn şəxslər olur. 

Problem odur ki, tələbələr məcburən artıq şəhər kənarına çıxacaqlar. Onlar vaxt itkisinə məruz qalacaq, yol xərcləri artacaq, avtobus və metrolarda ciddi sıxlıq müşahidə ediləcək. Bu baxımdan tələbənin qalacağı yer ali təhsil müəssisəsinə yaxın olsa, öz yataqxanaları tikilib təhvil verilsə, həm ev problemi aradan qalxar, həm də kirayə evlərdə qiymət artımı olmaz. Çünki kirayə evlərin böyük bir hissəsini tələbələr tutublar. Təəssüf ki, yataqxanalar məhdud saydadır. Əksər insanlar fərdi həyət evlərində yaşayırlar, həyətin içində bir neçə mənzil tikirlər və onu ucuz qiymətə tələbələrə kirayə verirlər. Tələbələrin gəlişinin bir müsbət tərəfi həmin aztəminatlı ailələrin dolanışığını qaldırması olacaq".

Mənbə: Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin