İnfrastruktur
02.09.2021 / 18:27
Bu şəhər dünyanın ən bahalı yeri oldu - Hesabat
17655
“Julius Baer” şirkətinin dünya rifah hesabatına görə, Şanxay 2020-ci ildə dünyanın ən bahalı yaşayış yeri olub.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Secretmag” məlumat yayıb.
Mütəxəssislər dünyanın 25 şəhərində 20 lüks məhsulun istehlak qiymətləri indeksini müqayisə ediblər. Çinin iqtisadi paytaxtı əsasən aviabilet qiymətlərinin artması səbəbindən birinci yeri tutmağı bacarıb.
Reytinqin keçmiş lideri Honkonq bu dəfə üçüncü sırada yer alıb, ikinci yeri Tokio tutub.
Ekspertlərin hesablamalarına görə, pandemiyanın birinci ilində lüks malların, eləcə də avadanlıq və tibbi xidmətlərin qiymətləri Şanxayda orta hesabla 6% bahalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay