BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
17133

"Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) vətəndaşlara satdığı mənzilləri geri almağa çalışır. 

Valyuta.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a sözügedən MTK-nın Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi hündürmərtəbəli binada mənzil alan sakinlər bildirib. Onların sözlərinə görə, mənzil alan sakinlər şirkətə çağırılır, onlardan ya mövcud müqaviləyə xitam verilməsi, ya da yeni qiymətlərlə müqavilənin təzələnməsi tələb edilir.

"Bir müddət idi ki, binanın sonuncu mərtəbəsində tikinti işləri dayandırılmışdı. Ona görə də aldığımız mənzillərə köçə bilmirdik. Şirkətin rəhbərliyi tikinti işlərinin dayandırılmasını maliyyə çatışmazlığı ilə izah edirdi. Amma indi məlum olur ki, şirkətin ayrı planı var imiş”, - deyə sakinlər bildirib.

Onların sözlərinə görə, şirkət rəhbərliyi hesab edir ki, mənzilləri ucuz qiymətə satıb. İndi mənzil alanlara yeni qiymətlər təklif edilir. Bununla razılşamyanlar isə məhkəmə ilə hədələnir. 

"Biz mənzilləri təməldən almışıq. Həmin vaxt mənzilin bir kvadrat metrinin qiyməti 900 manat idi. İndi şirkətin rəhbərliyi bizi çağırıb 1050 manatdan müqavilə bağlayır. Biz neçə ildir ki, bu mənzilləri almışıq. Nağd alan da var, kreditlə alan da. İndi şirkət bizi müqavilələrə xitam veriləcəyi, yeni qiymətlərlə razılaşmayanların mənzillərinin başqalarına satılacağı ilə hədələyir. Bu açıq-aydın dələduzluqdur. Binanın təhvil verilməməsi də bununla bağlıdır”, - deyə sakinlər əlavə edib. 

Sakinlər məsələ ilə bağlı Baş Prokurluq yanında Korrupsyiaya Qarşı Mübarizə İdarəsinə müraciət etmək niyyətindədirlər: 

"Biz bu məsələni belə qoymayacağıq. Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edəcəyik. İllərdir ev almışıq, pulunu də ödəmişik, indi şirkətin rəhbərliyi yenidən bizdən əlavə qoparmağa çalışır”.

Qeyd edək ki, "Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Allahverdiyev Taley Şamil oğludur. 

Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Taley Allahverdiyevə gəlincə, onun adına Bakı Apelyasiya Məhkəməsinin veb-səhifəsində rast gəlinir.

Məlum olur ki, Taley Allahverdiyev 2016-cı ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) təqsirli bilinərək cəzalandırılıb.

O, qərardan apelyasiya şikayəti versə də, təmin olunmayıb. İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində 400 manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin