Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gəlirini artırıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ildə 19,957 milyon manat gəlir əldə edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,8% çoxdur.
Komitənin gəlirlərinin 85,4%-i və yaxud 17,038 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub (dövlət büdcəsindən ayırmalardır). Bu, illik müqayisədə 8,3% azdır.
Ötən il qurumun birja əməliyyatlarından gəlirləri 3,9 dəfə artaraq 2,919 milyon manata çatıb, sair əməliyyatlardan gəlirləri isə 100% azalıb.
Ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xərcləri isə 17,274 milyon manat və yaxud əvvəlki ilə nisbətən 5,25% az olub.
O cümlədən Komitənin əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 2,1 dəfə artaraq 5,848 milyon manat, sərf etdiyi materialların dəyəri 40% azalaraq 69 min manat, amortizasiya xərcləri 96,65% artaraq 180 min manat, sair əməliyyat xərcləri isə 26,7% azalaraq 11,176 milyon manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay