“Cəfər Cabbarlı” stansiyasında təmir işləri aparılır - FOTO
İlk dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda təməli qoyulmuş yenilik “Elmlər Akademiyası”, “Xətai” stansiyalarında və “Cəfər Cabbarlı” stansiyasının bir yolunda tətbiq edilib.
Bu barədə Valyuta.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, yeni tipli yol infrastrukturu yeni Bənövşəyi xətdə “Xocəsən deposu-Avtovağzal” və “Memar Əcəmi-8 Noyabr” mənzillərində, “8 Noyabr” stansiyası və dalan yollarında özünü təsdiq edib.
“Cəfər Cabbarlı” stansiyasının birinci yolu və tunel hissəsində isə, ümumilikdə, 630 metrə yaxın sahəyə dəmir-beton blok qoyulacaq.
Yerüstü sahədə (“28 May” stansiyasının qarşısındakı meydança) görülən planlı tədbirlərə gəldikdə, “Cəfər Cabbarlı” stansiyasının konstruksiyalarının mühafizəsini gücləndirmək üçün izolyasiya təbəqəsi və kommunikasiya xətləri yenidən qurulur. Bu xüsusda yağıntı sularının stansiyaya sızmasının qarşısı alınaraq, kənarlaşdırılması üçün drenaj sistemi də qurulur.
Bundan başqa, zamanla zədələnərək sıradan çıxmış döşəmə daşları ətraf ərazinin ümumi estetik görkəminə uyğun əvəzlənəcək. Yerüstü sahədə işlər tamamlandıqdan sonra “Cəfər Cabbarlı” stansiyasının vestibülü və maili gedişinin təmirinə başlanılacaq.
Ümumən təmir-bərpa və yenidənqurma prosesi piyadaların, o cümlədən metropoliten sərnişinlərinin hərəkət təhlükəsizliyi tam təmin edilməklə təşkil olunub.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay