Metronun tunel yollarına dəmir-beton bloklar düzüləcək - FOTO
“Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsinə iki istiqamətdə - tunel yolunda və yerüstü sahədə başlanılıb.
Bu barədə Valyuta.az-a “Bakı metropoliteni” QSC-dən məlumat verilib.
Belə ki, plana uyğun olaraq, stansiya ilə yanaşı, onun davamı olan bitişik tunel yolunun bir hissəsində metropoliten tarixində ilk dəfə ağac şpalları dəmir-beton bloklar əvəzləyəcək.
İlk əvvəl təmir aparılan yolun təmas xətti sökülüb, relslər çıxarılıb. Yol yatağının dağıdılmasının daha sürətli aparılması məqsədilə maşın və mexanizmlər cəlb edilib. İlk işlərə məhz tunel sahəsində başlanılıb.
Stansiya yolunda isə dəmir-beton blokların qurulması platformada yenidənqurma tədbirlərinin tərkib hissəsi olaraq davam etdiriləcək.
Qeyd edək ki, yeni infrastrukturun yaradılmasına beton əsaslı özülün qoyulması ilə başlanacaq. Sonra müvafiq konstruksiya qurularaq dəmir-beton bloklar düzüləcək və betonlanma yerinə yetiriləcək. İşlər yolun yeni tipli üstquruluş elementlərinin texnoloji tələblərə uyğun yığılması ilə davam etdiriləcək.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay