6 ayda təmir olunan və tikilən avtomobil yolları ilə bağlı açıqlama
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində 119,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, aparılmış işlər 55,5 km yerli əhəmiyyətli, 64,1 km Bakı şəhər yollarını əhatə edir.
H. Rüstəmov onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 12 kəndlərarası avtomobil yolları layihəsinin, Şamaxı rayonunun daxili yollarının, Bakı şəhəri və onun 12 rayonunda qəsəbə daxili avtomobil yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay