Azad olumuş ərazilərdə yol tikintisinə nə qədər işçi cəlb edilib? - AÇIQLAMA
"Azad olunmuş ərazilərdə yol tikintisi prossesinə 4 700 nəfər işçi quvvəsi cəlb edilib".
Valyuta.az "APA-Economics"ə istinadən bildirir ki, məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, cəlb edilmiş işçi qüvvənin sırasında həm yerli, həm də Türkiyə mütəxəssisləri var.
H.Rüstəmov onu da qeyd edib ki, azad olunmuş ərazilərdə hazirda Türkiyə şirkətləri 372 km. yol tikintisi işləri və 70 km tunel tikintisi işləri aparırlar.
Qeyd olunan ərazilərdə yerli şirkətlər 282 km uzunluğunda tikinti işləri aparırlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay