Metropolitendə Avstriya istehsalı olan havalandırma sistemləri quraşdırılır - FOTO
Bakı metropoliteninin stansiya və tunellərində təbii havalandırmanın keyfiyyətinin artırılması məqsədilə bu sahədə dünyanın aparıcı istehsalçılarından olan Avstriyanın SIROCCO şirkətinin avtomatik idarəedilmə sistemləri ilə proqramlaşdırılan dampferlərinin quraşdırılması qərara alınıb.
Qurumdan Valyuta.az-a verilən məlumata görə, hazırda 84-ü “Bənövşəyi xətt” də olmaqla, ventilyasiya şaxtalarında quraşdırılmış 93 belə dampfer həm məcburi, həm də təbii hava axınının istiqamətini optimallaşdırır.
Ən vacib məsələ bu sistemlərin Qırmızı və Yaşıl xətlərdə tətbiqidir. Şaxtalarda ilk dampferlərin quraşdırılmasına 2020-ci ildən başlanılıb. Artıq “Memar Əcəmi”, “20 Yanvar”, “Nizami”, “Ulduz”, “Qara Qarayev”, “Həzi Aslanov” stansiyaları və “Nərimanov- Koroğlu” sahəsində cəmi 9 dampfer quraşdırılıb.
Qeyd edək ki, təbii və süni havalandırmanın məqsədində və funksional mahiyyətində heç bir fərq yoxdur. Hər iki halda təbii hava kütləsi yer üzərindən tunellərə daxil olur. Adından göründüyü kimi, təbii havalandırma havanın öz axarı ilə tunellərə istiqamətləndirilməsidir. Daha sonra həm təbii axın, həm də qatarların hərəkəti sayəsində hava kütləsinin yayılaraq effektli təsiri təmin edilir.
Metropoliten üçün elektrik enerjisinə qənaət, müəyyən edilmiş qrafikə uyğun olaraq, güclü ventilyatorların daha səmərəli iş rejiminin təmin ediməsi baxımından təbii havalandırmanın böyük rolu var.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay