İnfrastruktur
07.07.2021 / 14:54
Prezidentdən Xankəndi şəhəri ilə bağlı FƏRMAN
15187
Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmanında bildirilib.
Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.
Qeyd edək ki, bundan əvvəl Xankəndi şəhəri Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Azərbaycan Prezidentinin bugünkü fərmanı ilə həmin iqtisadi rayon ləğv olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay