İnfrastruktur
24.06.2021 / 16:22
Azad olunan ərazilərə ilk kimlər köçürüləcək? - AÇIQLAMA
14533
"Məcburi köçkünlərin böyük əksəriyyəti birmənalı olaraq öz şəhərlərinə, rayonlarına, kəndlərinə qayıdacaqlar".
Valyuta.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra oraya ilk növbədə məhz daimi yaşayış yeri ilə təmin edilməmiş vətəndaşlar köçürələcək.
“Kifayət qədər müasir şəraitdə yaşayan məcburi köçkünlər də həmin ərazilərə qaytarılacaq, lakin biz ilk növbədə yaxşı şəraitdə yaşamayan insanlara kömək edəcəyik”, - deyə, Dövlət Komitəsinin sədri bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay