İnfrastruktur
22.06.2021 / 17:30
Bakının 85 faizi kanalizasiya şəbəkəsi ilə təmin olunacaq - AÇIQLAMA
14397
“Bakıda kanalizasiya şəbəkəsi zəifdir”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.
O bildirib ki, Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur:
“Bunun ətrafında müxtəlif tədbir və hədəflər irəli sürülüb. Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması da daxildir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay