Bakının 10 faizi yaşıllıq zonaları olacaq
“Bakı şəhərində ən böyük problemlərindən biri Baş Planın yenidən hazırlanmasına təkan verən demoqrafik artımdır”.
Valyuta.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.
O bildirib ki, əhalinin artımı şəhərsalmanın inkişafı ilə yanaşı, nəqliyyat vasitələrinə tələbatın artması və yaşıllıqların istismarına səbəb olur:
“Bakı şəhərinin Baş planında əsas məsələlərdən biri də yaşıllıq normalarına nail olmaqdır. Baş planda Bakıda yaşıllıq zonalarının şəhərin 10 faizinə qədər olması nəzərdə tutulur”.
O deyib ki, hazırda Bakı şəhərinin inzibati ərazisi 213 500 hektardır.
Bundan 11 528 hektarı hazırda yaşıllıq açıq ərazilərdir:
“Bu da 5.43 faiz təşkil edir. 2040-cı ilə qədər isə yaşıllığın əlavə olaraq 9762 hektar artırılması nəzərdə tutulur. Bu, çox böyük rəqəmdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay