İnfrastruktur
14.06.2021 / 18:57
Türkiyəli nazir müavini: Qarabağda bir sıra sahələrə investisiyalar yatıracağıq
13905
"Mən 4 gündür Azərbaycandayam. Bu günlər ərzində böyük heyətlə Qarabağa - Zəngilan, Cəbrayıl, Füzuli rayonlarına səfər etdik".
Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Fatih Metin iyunun 14-də Aqrar Sığorta Fondunda jurnalistlərə müsahibəsində deyib.
Sözügedən bölgədə işlərin görüldüyünü qeyd edən nazir müavini, bu ərazilərdə su, meşəçilik, kənd təsərrüfatı sahələrinə investisiyalar qoyulacağını vurğulayıb.
F.Metin, həmçinin bildirib ki, Azərbaycan və Türkiyə birlikdə Qarabağda heyvandarlıq və bitkiçilik sahəsində də əməkdaşlıq edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay