Qarabağda əlavə su mənbələrinin yaradılmasına başlanılıb
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad edilmiş Zəngilan , Qubadlı və Cəbrayıl rayonlarında əlavə su mənbələrinin yaradılması ilə bağlı qiymətləndirmə işləri aparır.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu qurumun sədr müavini Rafiq Aslanov bildirib.
“Həmin rayonlarla yanaşı Kəlbəcər rayonunda da əlavə su mənbələri var, Tərtərçaydan başqa Bəsitçay, Həkəriçay, Bazarçay mövcuddur. Biz çalışırıq ki, oralarda suyun toplanması üçün tədbirlər görək. Bunun üçün müəyyən işlər aparmışıq və gələn həftə hökumətə təqdim etmək istəyirik. Məsələn, Həkəriçayın suyu təmiz sudur və mənfur qonşularımızdan ərazisijndən keçməyən, təmiz su toplanan hissəsində su anbarının tikintisini nəzərdə tuturuq. Orada 130 milyon kubmetr həcmində su anbarı tikmək mümkündür”, - deyə o, qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay