Bu bank müsadirə olunmuş torpaq və yaşayış sahələrini sata bilmir - TƏFƏRRÜAT
2020-ci ilin sonuna "Bank Avrasiya"da müsadirə edilmiş aktivlərin ədalətli dəyəri 2 milyon 613.910 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə bankın 2020-ci il üzrə audit hesabatında yer alan məlumatda qeyd edilib.
Qeyd edək ki, 2019-cu ilin sonuna bu məbləğ 3 milyon 455.161 manat olub.
Müsadirə olunmuş aktivlərdən 132 min manatı torpaq sahəsinin, 2.5 milyon manatı isə yaşayış sahəsinin payına düşür.
Ötən il ərzində "Bank Avrasiya" öz mülkiyyətinə keçmiş aktivlərin ədalətli dəyərində dəyişiklik nəticəsində 996.801 min manat (2019-cu ildə: 1 milyon 176.407 min manat) zərər tanıyıb.
Hesabata əsasən, bankın rəhbərliyi bu aktivləri satmaq niyyətindədir, buna baxmayaraq, alıcı müəyyən etmək və planı tamamlamaq üçün hər hansı bir aktiv proqram tətbiq edilməyib.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37.5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33.85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37.5 %-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay