İnfrastruktur
28.05.2021 / 12:14
Bakıda kommersiya obyektləri bahalaşıb
12956
Bakıda kommersiya obyektlərinin qiymətində bahalaşma qeydə alınıb.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
N.İbrahimov deyib ki, aprel ayında kommersiya obyektlərinin qiyməti 1,92% bahalaşıb.
Kommersiya obyektlərinin orta qiyməti 2973 manat/kv.m təşkil edib.
Onun sözlərinə görə, kommersiya obyektlərinin icarə qiymətində də bahalaşma müşahidə olunub.
Belə ki, obyekt icarəsi kirayə qiyməti 15,54 manat/kv.m olmaqla 1,57% bahalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay