Şuşaya “Qəhrəman şəhər” adının verilməsi təklif olunub
“Şuşada muzeylər tarixi abidələr məhv edilib, darmadağın edilib”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.
Deputat bildirib ki, Bülbülün muzeyi də darmadağındır:
“Bu ev muzeyi təmir edilsə belə, onun bir hissəsinə toxunulmasın. Gələn turistlər də ermənilərin əməllərinin şahidi olsun. Təklif edirəm ki, hətta bu məsələ “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda da əksini tapsın”.
Deputat Şuşaya “Qəhrəman şəhər” adının verilməsini təklif edib:
“Şuşa bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azaddır. Buna görə də Şuşada Azərbaycanın qəhrəman hərbçilərinin şərəfinə abidə kompleksi də ucaldılmalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay