İnfrastruktur
24.05.2021 / 12:19
Qarabağda minaların təmizlənməsinə sərf edilən vəsait açıqlanıb
12640
İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə sərf edilən vəsaitin məbləği məlum olub.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə bu barədə məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan bu məqsədlə 2,9 milyon manat sərf olunub.
Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan 10,2 milyon manat vəsait sərf olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay