BNA tıxacları həll etmir, izah edir - Yeni bəhanələr...
“Son günlər Bakıda tıxacın artmasının bir sıra səbəbləri var”.
Valyuta.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Yol Hərəkətinin Təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Onun sözlərinə görə, son dövrlərdə ümumiyyətlə dünyada böyük şəhərlərin yollarında sıxlıqlar artıb: “Bunun da əsas səbəbi olaraq pandemiya göstərilir. Çünki pandemiya zamanı biz özümüz də çağırış edirdik ki, mümkün qədər ictimai nəqliyyatdan az istifadə edilsin. Lakin pandemiyadan əvvəl vəziyyət tam fərqli idi. Belə ki, pandemiyadan əvvəl biz insanları ictimai nəqliyyatdan istifadəyə çağırırdıq. Məqsəd şəxsi avtomobillərdən daha az istifadəyə nail olmaq və sıxlığa təsir etmək idi. Ancaq pandemiya məcburi dəyişikliyə yol açdı”.
T.Səfərov deyib ki, bu ilin fevral ayında ötən illin müvafiq dövrü ilə müqayisədə minik avttomobillə səyahətlərin sayı 15 % artıb: “Bu da dolmuş Bakı küçələrində tıxacların yaranmasına səbəb olur. Eyni zamanda, bu gün Bakının ictimai nəqliyyatının böyük hissəsini təşkil edən metro fəaliyyət göstərmir. Metroda gün ərzində 600 mindən çox insan daşınırdı. 600 min səyahətin hamısı ictimai nəqliyyatla həyata keçirilmir. İnsanlar taksiyə üz tuturlar, şəxsi minik avtomobillərindən istifadə edirlər. İnsanlar az büdcə ilə minik avtomobillərinə üz tutmağa çalışırlar. Bu kimi səyahətlər sıxlıqların yaranmasına səbəb olur. Həmçinin, qəzalar da sıxlığa səbəb olur. Bakıda gün ərzində 10-dan çox yol qəzası olur. Yol nəqliyyat hadisələri, sürücülərin səriştəsizliyi, nasas avtomobillər sıxlığa səbəb olur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay