Qarabağda yol çəkilişində material sarıdan çətinliyimiz yoxdur - Ekspert
“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dronlarla mühəndis-axtarış işləri həyata keçirilir, həmin ərazilərin ortofotoları və rəqəmsal relyef modelləri hazırlanır və həmin rəqəmsal relyef modellərinə əsasən də layihəçilər orada yolun profilini, planını, en kəsiyini, qısa dildə desək, yolun layihə cizgilərini hazırlayırlar”.
Valyuta.az xəbər verir ki, bunu Report”un efirində - “İqtisadi baxış” verilişində işğaldan azad edilən ərazilərimizdə yol infrastrukturunun qurulmasından danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.
Onun sözlərinə görə, həmin layihə cizgiləri hazırlandıqdan sonra yolun həmin güzərgahı minalardan təmizlənmək üçün ANAMA-ya təqdim olunur və sırf o hissə minadan təmizlənir:
“Mənfur düşmən çox böyük ərazini minalayıb. Minadan təmizləmə isə çox çətin prosesdir və uzun müddət vaxt aparır. Bir minaaxtaran onu hər kvadrat/metrdən bir axtarır. Tapdıqdan sonra da zərərsizləşdirmə əməliyyatı üçün bir neçə saatını sərf edir”.
Y.Mustafayev bildirib ki, Qarabağda yol çəkilişində material sarıdan heç bir çətinlik yoxdur:
“Hər tərəfdən çay axır. Orada elə dağ massivləri var ki, sırf yol tikintisində oradakı materiallardan istifadə etmək mümkündür”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay