BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
12408

7 aydan çoxdur ki, “Bakı Metropoliteni” sərnişinlərin üzünə qapalıdır. Yoluxmaların azalacağı, vaksinasiyanın aparalacağı halında metroların da fəaliyyət göstərəcəyi deyilirdi. Son günlər isə havaların isinməsi, xüsusilə də havalandırma sistemi olmayan köhnə avtobuslardan istifadə edən sərnişinlər arasında narazılıq yaradıb.

Məktəblərin isə yenidən fəaliyyətə başlaması “Bakı Metropoliteni”nin açılmasını labüd edir. Hər kəs metronun açılacağı, sıxlığın aradan qalxacağı günü səbirsizliklə gözləyir. Hətta sosial şəbəkələrdə son günlər müzakirə olunan əsas məsələlərdən biri də metropolitenin nə zaman sərnişindaşıma fəaliyyətinə başlaması ilə bağlıdır.

Valyuta.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sözçüsü Bəxtiyar Məmmədov, metronun nə zaman açılacağının hələ ki, məlum olmadığını söyləyib. 

Qurum sözçüsü bildirib ki, metropolitenin açılması ilə bağlı hələ ki, qərar yoxdur: 

“Bizə nə rəsmi, nə də ki, qeyri-rəsmi formada hansısa bir tapşırıq və yaxud da qərar daxil olub”.

Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm saytımıza açıqlamasında dedi ki, hazırkı epidemioloji vəziyyəti və vaksinasiya prosesini nəzərə alsaq, metropolitenin fəaliyyətə başlaması məqbuldur:

“Avtobuslarda sıxlıq yaşanır. Metropoliten açılmalıdır və hazırda da açıla bilər. Ancaq hesab edirəm ki, peyvənd vəsiqəsi olanlar metroya buraxılsın. Polis əməkdaşları metropolitenin girişində dayanaraq, sərnişinlərin peyvənd pasportunun olub-olmamasını yoxlasınlar. Sözügedən pasportu olanlar metroya buraxılsın. Belə olarsa, vaksinasiya prosesi də sürətlənər. Nəzərə alsaq ki, hazırda Azərbaycan əhalisi vaksinasiyaya meyilli deyil. Bu baxımdan təklifim nəzərə alınsa, effektiv olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin