AERA: Qaz və elektrik qurğularına aid 17 layihədən imtina olunub
Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən 23 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyindən Valyuta.az-a daxil olan xəbərə görə, müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 34 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb.
Eyni zamanda, aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 8 layihə sənədinin razılaşdırılmasından imtina olunub:
“64 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Həmçinin, qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 320 olub. Aşkar olunmuş çatışmamazlıq səbəbindən qaz qurğularına aid 9 layihə sənədinin razılaşdırılmasından imtina olunub. Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib”.
Bildirilir ki, Agentlik tərəfindən 16 inzibati xəta haqqında protokol tərtib edilib və 20 qərar verilib:
Sonda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 11 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirildiyi qeyd edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay