İnfrastruktur
04.05.2021 / 12:32
“Dövlət satınalmaları haqqında” qanun dəyişiklik ediləcək
11894
Mayın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, iclasda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə birinci oxunuşda baxılması gözlənilir.
Qanun layihədə şəffaflıq və hesabatlılığın artırılması, düzgün rəqabətliliyin daha da artırılması, mikro, kiçik və orta sahibkarlarının inkişafına, onlar üçün əlverişli biznes şəraitinin, həmçinin dövlət vəsaitlərinin qənaətlə və düzgün istifadə olunmasına dair dəyişikliklər planlaşdırılır.
İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay