Qarabağda bərpa və tikinti ilə bağlı 2 milyard manatlıq TENDER
Dövlət Şəhərsalma və Arxitertura Komitəsi Qarabağda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan etdiyi 2 milyard manatlıq 6 açıq tenderə yekun vurub.
Valyuta.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi üzrə 1, eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında 2, Gəncə şəhərində 3, Tərtər rayonunda 4, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında 5, Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında 6 layihə üzrə tender başa çatıb.
Ttenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu, eləcə də “Rabitəinşaat” ASC, “Conco” QSC, “Real-İnşaat”, “Az Graft Construction” və “Parlaq-N” MMC-lərdir.
Qalibə müvafiq olaraq 116,2 milyon manat, 457,9 milyon manat, 489,5 milyon manat, 567,1 milyon manat, 338,8 milyon manat və 211,6 milyon manat, ümumilikdə isə 2 181 milyon manat ödəniləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay