Naxçıvanda yeni yaşayış sahələrinin tikintisi artıb – RƏSMİ
2021-ci ilin ilk rübündə MR-da 3 kənd mərkəzi istifadəyə verilib, 2 kənd mərkəzinin tikintisi davam etdirilib və 5 kənd mərkəzinin tikintisinə başlanılıb.
Naxçıvan Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, Şərur Şəhər İcra Nümayəndəliyinin inzibati binasının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada 1 yaşayış binasının tikintisi başa çatdırılıb, 2 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması davam etdirilib.
Həmçinin, 1 yaşayış binasının yenidən qurulmasına başlanılıb.
Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılıb, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilib.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib.
2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 94 min 984 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay