Bakı şəhərində daha bir küçə təmir olunub - AAYDA
Bakının Nərimanov rayonunda Şahmar Ələkbərov küçəsi təmir olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Valyuta.az-a verilən xəbərə görə, 2019 və 2020-ci illər ərzində Nərimanov rayonunun yaşayış massivlərinin 20 km-dən artıq daxili küçə və yollarında təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində bu çərçivədə 10.5 km olan 15-dən artıq küçə və yolun təmiri nəzərdə tutulur.
Nərimanov rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Şahmar Ələkbərov küçəsi idi ki, qurum tərəfindən burda əsaslı təmir işləri icra olunur.
Uzunluğu 800 metr təşkil edən küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq 2021-ci ilin İnvestisiya Proqramında təmiri nəzərdə tutulan 15-dən artıq küçədə təmir işlərinin aparılması nəzərdə tutulub.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay