İnfrastruktur
13.04.2021 / 09:18
Paytaxtın böyük hissəsində təbii qaz təchizatı yaxşılaşdırılacaq
10711
Paytaxtın Nəsimi rayonunda 35 min abonentin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədilə təmir işləri aparılır.
“Azəriqaz” İstehsalat Birliyindən Valyuta.Az-a verilən məlumatda bildirilir ki, Dilarə Əliyeva küçəsindən başlayaraq Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən Neftçilər prospektinədək istismar müddəti başa çatmış qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.
Diametri 530 mm olan polad boru ilə çəkilmiş qaz xətti uzunluğu 800 metr, diametri 400 mm olan polietilen boru ilə əvəzlənir. İşin həcmi böyük olduğundan təmir işi gedən əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub.
Təmir-tikinti prosesinin aprel ayının sonunadək davam edəcəyi gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay