Bakı Limanının ərazisi genişləndirilə bilər
Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanının mövcud potensialının 1/3-dən istifadə edilir.
“Report” xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli bildirib.
Bununla belə, onun sözərinə görə, limanda konteyner aşırılması üzrə potensialdan istifadə göstəricisi 50 %-ə yaxındır.
“Dünyada belə bir meyar var ki, limanların ərazisi, onların potensialının 70 %-dən çox istifadə edildikdə genişləndirilir. Buna uyğun olaraq Bakı Limanı qərar qəbul edəcək”, - Liman rəsmisi qeyd edib.
Bundan başqa, X.Həsənli deyib ki, Bakı Limanının inkişafı 2 mərhələdə olacaq. “2019-cu ildə 1-ci inkişaf mərhələsi başa çatdırılıb və hazırda limanda yükaşırma imkanı 15 milyon ton, konteyner aşırma imkanı isə 100 000 TEU-ya qədərdir. Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir. Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton, konteyner aşırma imkanı isə 500 000 TEU-ya qədər olacaq".
Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay