Badamdarda yenidən sürüşmə baş verə bilər – RƏSMİ
“Badamdarda sürüşmənin yaranmasına səbəb əsasən orta hissədə, ikinci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub”.
Valyuta.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib.
Onun sözlərinə görə, drenaj quyularının özlərinin hazır olduğuna baxmayaraq uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb:
“Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində 2-ci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evlərinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur”.
“Sürüşmə zonasında geniş tədqiqat işləri layihəsi üzrə proses tam bitənədək sahədə lokal uçqun hadisələri baş verə bilər”, - deyə o əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay