BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9715

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu bəyan edir ki, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən Caucasus Online şirkətinin sahibi olub. Müqavilə nəticəsində holdinq Caucasus Online şirkətinin ana şirkətini alıb. Beləliklə, holdinq Caucasus Online şirkətin 100%-lik yekun sahibi olub, lakin sonuncu şirkətin kapital strukturu dəyişməyib”.

Bu barədə şirkətdən Valyuta.Az-a daxil olan məlumatda deyilir.

“Caucasus Online şirkətinin alınması, 2018-ci ildə başlanan və Rəqəmsal İpək Yolu (Digital Silk Way) kimi tanınan NEQSOL Holding-in daha genişmiqyaslı beynəlxalq layihəsinin bir hissəsidir. Layihə Avropanı Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi və Cənubi Asiya bazarları ilə birləşdirən müasir tranzit fiber-optik infrastruktur şəbəkəsinin inkişafına yönəlib. Caucasus Online, Avropadan Cənubi Qafqaza və Xəzər dənizi bölgəsinə tranzit İnternet çatdırılmasını təmin edən Qara dənizin dibi ilə keçən sualtı fiber-optik kabel xəttinin sahibidir.

Şirkətin alınması beynəlxalq təcrübəyə və müvafiq yurisdiksiyaların qanunvericiliyinə uyğun olaraq həyata keçirilib. Sahibin dəyişməsi Caucasus Online şirkətinin əməliyyat fəaliyyətinə təsir göstərməyib, şirkət işçiləri, müştəriləri və tərəfdaşları qarşısında bütün müqavilə öhdəliklərini yerinə yetirməyə və xidmət göstərməyə davam edir.

Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində həmçinin Xəzər dənizin dibi ilə keçən, Azərbaycan və Qazaxıstanı birləşdirəcək fiber-optik kabel xəttinin inşası işlərinə də başlanılıb. Azərbaycan və Türkmənistanı birləşdirəcək xəttin çəkilməsi üçün də 2019-cu ildə razılıq əldə edilib.

Layihənin həyata keçirilməsi bölgənin bütün ölkələri üçün faydalı olacaq. Layihə Azərbaycan və Gürcüstanda müasir məlumat və İnternet mübadilə mərkəzlərinin yaradılması imkanını nəzərdə tutur. Layihənin icrası bölgədə rəqəmsal iqtisadiyyatın inkişafına, həmçinin ümumi əhalisi təqribən 1,8 milyarda yaxın olan Mərkəzi və Cənubi Asiyada müxtəlif rəqəmsal xidmətlərə çıxışın yaxşılaşmasına xidmət edəcək.

2020-ci ildə Rəqəmsal İpək Yolu layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

NEQSOL Holding-in fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, BƏƏ və s. kimi ölkələrdə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir” - deyə, məlumatda qeyd olunub.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin