"Azərbaycanda 5G şəbəkəsini istifadəyə verə bilərik"
"Biz mobil şəbəkəmizi abunəçilərin istəklərinə uyğun qururuq. Bu baxımdan da əgər abinəçilər istərsə biz 5G şəbəkəsini də onların istifadəsinə verə bilərik".
Bunu "Azerfon" MMC-nin (Nar) Baş icraçı direktoru Qunnar Panke bu gün keçirilən mətbuat konfransında deyib.
Q.Panke hazırda abunəçilərə 5G xidmət göstərə biləcəklərini deyib:
"Amma bu gün üçün abunəçilərimizdə belə bir tələb görmürük. Onu da qeyd edim ki, hazırda ölkəmizdə olan baza stansiyalarımızın 5G xidmətini göstərməyə imkanı var. Əgər hansısa abunəçi bu gün 5G şəbəkəsindən istifadə etmək istəsə müraciət edə bilər və biz bunu onlar üçün təşkil edə bilərik".
Şirkətin kommersiya direktoru Müşfiq Əliyev isə smartfonlardan istifadə edən abunəçilərin sayını açıqlayıb:
"Hazırda smartfondan istifadə edən abunəçilər ümumi istifadəçilərin 77 %-ni təşkil edir. İnternet trafikindən istifadə regionlarda 66 %, Bakı və Abşeron yarımadasında 17 % artıb". //Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay