"Donald Trampa qoyulmuş qadağa aradan qaldırıla bilər" - AÇIQLAMA
“Donald Tramp və tərəfdarları əgər zorakılıq fəaliyyətlərini dayandırarlarsa, qoyulmuş məhdudiyyətlər aradan qaldırılacaq”.
Valyuta.az Bbc.com-a istinadən xəbər verir ki, bu açıqlamanı YouTube Şirkətinin rəhbəri Susan Vojiski “Atlantic Council” agentliyinə verdiyi müsahibəsində səsləndirib.
Şirkət rəhbəri bildirib ki, yanvarın 6-da beş nəfərin ölümü ilə nəticələnən “Capitol Hill” qiyamından sonra cənab Trampın hesabı donduruldu.
YouTube-nin zorakılığa qarşı siyasətinin ciddi şəkildə pozulduğunu deyən şirkət rəhbəri bidirib ki, indiki vəziyyətdə şiddətə meyillilik riski hələ də yüksək həddədir: “Lakin qarşıdakı aylarda bu qadağa ləğv edilə bilərik”.
S.Vojiski, növbəti prezident seçkiləri zamanı oxşar halların baş verməsi təqdirində daha sərt addımlar atılacığını da diqqətə çatdırıb.
Qeyd edək ki, yanvar hadisələrindən dərhal sonra “Facebook” və “Twitter” rəhbərliyi də Trampa aid olan bütün profillərin faəliyyətini qeyri-müəyyən müddətə dayandırmışdı.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay