“Microsoft”şirkəti Çinə qarşı ağır ittiham irəli sürdü
Rəsmi Pekin elektron poçt ünvanlarına kiber hücumlar etməkdə ittiham olunur
“Microsoft”şirkəti Çini ABŞ şirkətlərinin elektron poçtlarına hücum etməkdə günahlandırır.
Valyuta.az Webtekno.com-a istinadən xəbər verir ki, “Microsoft” ABŞ-dakı qurumların elektron poçt ünvanlarına edilən kiber hücumlarla əlaqədar bəzi açıqlamalar verib.
Şirkətin açıqlamalarının ən maraqlı səbəbi bunun kiber hücum olması deyil, hücumu kimin həyata keçirdiyi barədə iddialar olması idi.
Şirkətin iddiasına görə, sözügedən hücumlar Çin dövlətinin dəstəklədiyi HAFNIUM qrupu tərəfindən həyata keçirilib.
Çin isə Microsoftun açıqlamasına qarşı çıxıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin açıqlamasında, ölkəsinin hər cür kiber hücumlara qarşı olduğunu deyib: “Çin, kiber hücumların səbəbkarları barədə müvafiq medianın və şirkətlərin əsassız ittihamlara yox, sabit dəlillərə əsaslanaraq daha peşəkar və məsuliyyətli bir münasibət göstərməsini istəyir".
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay