İKT
11.02.2021 / 17:57
Nazirlikdə növbəti kadr dəyişiklikləri olub
7473
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişiklikləri olub.
“Report” xəbər verir ki, nazir Rəşad Nəbiyev müvafiq əmri ilə Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Pərvin İsmayılov vəzifəsindən azad edilib və onun yerinə hələki təyinat olmayıb.
Nazirin digər əmri ilə hüquq şöbəsinin uzun müddət boş qalan müdiri vəzifəsinə Bəxtiyar Məmmədov gətirilib.
Qeyd edək ki, B.Məmmədov sabiq nazir Əli Abbasovun dövründə eyni adlı şöbəyə rəhbərlik edib. Daha sonra isə o Nazirlikdən ayrılaraq Nazirlər Kabinetində çalışıb.
Xatırladaq ki, B.Məmmədov Maltanın “FimBank”ı ilə məhkəmə çəkişmələrində Azərbaycan tərəfi təmsil edən əsas şəxs olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay