Yeni nazir hansı islahatları aparmalıdır? - Ekspert
Osman Gündüz
Hazırda NRYTN -da ciddi kadr islahatları aparılır. Yeni nazir təyinatından sonra bunlar gözləniləndir.
Fikrimcə hazırda bu sektorda həllini gözləyən bir neçə əsas problem var.
Bunlar həll edilmədən İKT sektorunda köklü dəyişikliklər, yeni çağırışlara cavab verən sistem qurmaq mümkünsüzdür.
Bunlar aşağıdakılardır:
1. Dövlət və özəl operator, dövlət və özəl provayder arasındakı ayrı-seçkilik aradan qaldırılmalıdır.
Bütün qurumlara dövlətə məxsus rabitə resurslarından bərabər əsaslarla istifadə imkanı yaradılmalıdır.
Dövlət operatorlarında korporativ idarəetmə və özəlləşdirməyə start verilməlidir.
2. Dövlətə məxsus olan bütün rabitə resurslarından, yeraltı kommunikasiyalardan istifadə qaydaları hazırlanmalıdır.
Rabitə xidmətlərindən istifadə ilə bağlı Nazirliyin özü tərəfindən, bəzən də dövlət operatorlarının özlərinin müəyyən etdiyi ağlasığmaz tariflər yenidən işlənməlidir.
3. Sektorda Müstəqil Tənzimləyici qurum formalaşdırılmalı, kommersiya və tənzimləmə səlahiyyətləri ayrılmalıdır.
4. "Hər evə keyfiyyətli internet" dövlət proqramı yenidən işlənməlidir. Əhalinin 50%-nın yaşadığı kəndlərin optik və ya LTE texnologiya ilə internet təminatı həll olunmalıdır.
Nazirliyin resursları, yalnız iki dövlət provayderi hesabına bu mümkünsüz olduğundan yeni maliyyə mənbələri tapılmalıdır.
5. Startap və innovasiyalar sahəsində də Nazirliyin tənzimləyici yoxsa ekosistemin bazar iştirakçısı olmasına aydınlıq gətirilməlidir.
Hələlik ekosistemin inkişafı üçün münbit şəraitin yaradılmasında İnnovasiya Agentliyindən gözləntilər özünü doğrultmayıb.
Ümid edirəm və inanıram ki, yeni nazir və yeni formalaşdırılan komanda qısa müddətdə İKT sektorununun inkişafında ciddi uğurlar əldə edə biləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay