BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
62988

İnformasiya resurslarında aşkarlanan boşluqlar 42 faiz artıb. Bu statistika insanlarda həmin sistemlərdə əks olunan şəxsi məlumatların oğurlanması ehtimalının artmasına dair narahatlıq yaradır.  

Ötən ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı yoxlamalar və monitorinqlər nəticəsində dövlət qurumlarının 625 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Tək 2024-cü ilin sentyabrda isə 78 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da bir il əvvələ nisbətən 42 faiz çoxdur. Xatırladaq ki, bu rəqəm hər il artan istiqamətdə inkişaf edir. Dövlət qurumlarının informasiya sistemlərində boşluqların olması nə ilə əlaqədardır? Bu boşluqların olması saxlanılan məlumatlarımızın təhlükəsizliyini risk altına atırmı?

“İnformasiya sistemlərinə müdaxilə etmək mümkündür”

İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssisi Fərhad Mirəliyevin sözlərinə görə, təhlükəsizlik boşluqları dedikdə, hansısa proqram və yaxud aparat təminatında olan boşluqlar nəzərdə tutulur: “O boşluqlar vasitəsilə informasiya sistemlərinə müdaxilə etmək mümkündür. Məsələn, hər hansı özəl və ya dövlət müəssisəsinin saytı var və müəyyən proqram təminatı ilə çalışır. Bu proqram təminatının hər hansı birində bilinən və ya bilinməyən çatışmazlıq, boşluq olanda istehsalçısı onu istifadəçilər üçün əlçatan etdiyi anda həmin proqram təminatının kodları müxtəlif şəxslər tərəfindən təhlillərə, analizlərə məruz qalır. Kodların araşdırılması nəticəsində müəyyən olunur ki, proqram təminatını kodlayan şəxs orada boşluqlara yol verib və müdaxilə etmək olur. Sonra isə bu boşluqlar aşkarlanır və aradan qaldırılır”. 

Boşluqları yaradan səbəblər

Ekspertin fikrincə, təhlükəsizlik boşluqları insan məsuliyyətsizliyinin, yaxud bu sahədə kifayət qədər məlumatı olmayan mütəxəssisin yol verdiyi xəta nəticəsində yarana bilər: “Məsələn, məlumatların olduğu proqram təminatının yerləşdiyi server otağının qapısı açıq qalarsa, yaxud orada təhlükəsizliklə bağlı tələblər gözlənilmirsə, buradakı boşluğun səbəbi mütəxəssisdir. Yaxud proqram təminatını hazırlayanlar problemi öncədən görə bilmir və sonradan həmin kodların xətalı olduğu üzə çıxır. Bunu da aradan qaldırmaq üçün yenilənmələr edilir”. 
F.Mirəliyev boşluqların hər il artmasına da münasibət bildirdi: “Boşluqların ildən ilə artmasının səbəbi odur ki, bundan əvvəl daha az müəssisələr yoxlanılırdı, yaxud daha az informasiya sistemləri var idi. Məsələn, hər hansı təşkilatın keçən il saytı yox idisə, bu il artıq var. Keçən il hansısa informasiya sistemində boşluq olmayıb, lakin bir il sonra proqram təminatı yenilənməyib deyə, hakerlər və ya digər təşəbbüs qrupları tərəfindən təhlükəsizliklə bağlı boşluqlar aşkarlanır”.  

Həm təhlükədəyik, həm də deyilik

Ekspertin sözlərinə görə, təhlükəsizlik boşluğu aşkarlanıbsa, deməli, həmin informasiya sistemləri və onların yerləşdiyi şəbəkələr və alt şəbəkələr risk qrupuna aid edilir. Məsələn, hər hansı bir saytda təhlükəsizlik boşluğu var və bu aradan qaldırılmayıbsa, orada hər an insident baş verə bilər: “Sayt müəssisənin daxilində və ya kənarda yerləşdirilə bilər. Kənardadırsa, orada qorxu yoxdur, çünki mühit qorunur. Amma ola bilər ki, kənarda qorunan saytlardan biri ələ keçirilsin. Bu zaman digərlərinə də daxil ola bilərlər. Daxildədirsə, bu zaman şirkətin bütün infrastrukturu risk altına düşür. Orada informasiya sistemləri saxlanılırsa, risk yaranır. Amma bu hallar nisbidir. Konkret “təhlükədəyik” deyə bilmərik”. 

F.Mirəliyev bildirdi ki, təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün kompleks tədbirlərin icra olunması tələb edilir: “Hər bir standartın tələblərinin yerinə yetirilməsi nəticəsində təhlükəsizliklə bağlı riskləri azaltmış olurlar. Məsələn, proqram təminatında yeniləmələr icra olunmursa, bu, edilməlidir. Əgər kompüter avadanlığının fiziki təhlükəsizliyi təmin oluna bilmirsə, təhlükəsizlik təmin olunmalıdır”. 

Təhlükəsizliyi artırmaq üçün nə etməliyik?

Kibertəhlükəsizlik platformasının rəhbəri Şahin Əliyevin fikrincə, köhnə proqram təminatlarında təhlükə riski yüksək idi, lakin hazırda onlar demək olar ki, aradan qaldırılıb: “Həm özəl, həm də dövlət qurumlarında islahatlar başlayıb, yeni proqramlar inkişaf etdirilir. Bəzi proqramların daxilində də versiyası köhnə olan datalar yenilənir. Köhnə versiyalarda müəyyən qədər boşluq ola bilir. Bu da istifadə olunan kodlaşma dilinin versiyalarına görədir. Heç bir şəkildə yüz faizlik təhlükəsizlik mövcud deyil. İslahatlar, yeni sistemlərin tətbiqi təhlükəsizliyi artırmaq üçündür. Yəni hazırda böyük risklər yoxdur”. 

Ş.Əliyev bildirdi ki, əslində boşluqların aşkarlanması müsbət hadisədir: “Sistemlərdə olan boşluqlar aşkarlanırsa, bu, ölkəmizdə kibertəhlükəsizliyin inkişaf etdiyini göstərir. Bunun qarşısının alınması üçün də yeni texnologiyalar istifadə olunur. Boşluqların yaranma səbəbləri inkişafdır. Artıq ölkəmiz qlobal miqyasda kibertəhlükəsizlik üzrə 195 ölkə arasında 12-13-cü yerlərdədir”. 

Ekspertin sözlərinə görə, unudulan və yaxud dövlət qurumlarının daxilində elə saytlar var ki, onların versiyaları köhnədir. Bu səbəbdən qurumlar çalışmalıdırlar ki, sistemlərini daim yeni tutsunlar: “İstifadə olunan kodlara baxılmalıdır. Həm özəl, həm də dövlət qurumları bunun üçün sistemlərinə yatırım etməlidirlər”. 

© Kaspi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dönər Partiyası" - Seçkiöncəsi Almaniyanın ən dadlı partiyası

"Apple" rəhbərlərinin 2024-cü il gəlirləri

Rusiya 4 günlük iş modelinə hazırlaşır

"Starbucks" və "McDonald's"ın satışlarında boykot təsiri

"Macy’s"nin yeni strategiyası və bağlanan onlarla mağaza - "CNN"

ABŞ və Britaniya Rusiyanın neft sənayesinə qarşı sanksiyaları sərtləşdirir - "BBC"

Qalmaqallı iş adamı yenidən gündəm oldu: Yarım milyonluq dələduzluq

"Bitcoin"in Salvador üçün böyük faydaları - Hesabat

92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Heç getmədiyi qəsəbəyə 10 milyon avro miras qoydu - "Tibervil"in əhvalatı

Azərbaycan qazının Serbiyaya tədarükü tezliklə bərpa olunacaq

Şəxsi məlumatlarımız təhlükədədir?

ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

"Wall Street" veteranının 2025-ci il üçün bazar proqnozları - "The Street"

"Rəqəmsal qızıl"ın qalibləri - "ETF" rekordları - SƏHƏR OXUSU

Maskın "OpenAI" və "Microsoft"a qarşı qaldırdığı iddialara ABŞ dəstəyi - "Reuters"

Azərbaycanda iki yeni milli park yaradılacaq – RƏSMİ

Elektrik sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 6 min 205 manata...

SSRİ-dən sonra ilk dəfə: Həyəcanlı Ay səyahəti başlayır

"Wall Street" iqtisadçılarının "Fed" proqnozları

Bolqarıstan və Serbiyaya qaz nəqli niyə dayandırılıb? - BP açıqladı

Yarım milyon əmlakı əhatə edəcək təkliflər

Almaniyanın ABŞ-yə xarici ticarət profisiti rekord səviyyəyə çatıb

Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Rusiyadakı 2.5 milyardlıq təyyarələrin "Dublin müzakirəsi" - "The Guardian"

Prezident generalla bağlı sərəncam imzaladı

"SOCAR" Türkiyədəki 2 şirkətini satdı

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin