BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58843

Texnologiya dünyasının nəhənglərindən olan "Intel" tarixinin ən çətin dövrlərindən keçsə də, görünür, şirkət batmayacaq qədər böyükdür. Üstəlik, "Intel"i xilas etmək üçün müxtəlif planlar hazırlanır.

Valyuta.Az-ın verdiyi xəbərə görə, ABŞ-ın ən böyük çip istehsalçılarından biri olan "Intel"in maliyyə vəziyyəti ilə bağlı narahatlıqlar Vaşinqtonda diqqətlə izlənilir. Bildirilir ki, əgər "Intel"in maliyyə durumu pisləşməyə davam edərsə, ABŞ Konqresi şirkətə dəstək tədbirlərini gündəmə gətirəcək. Bu potensial yardım paketi, "Intel"in əvvəlcədən faydalanacağı elan edilən və 2024-cü ilin sonuna qədər ən azı 8,5 milyard dollar alması gözlənilən CHIPS Qanununun təsir dairəsindən daha geniş olacaq.

Nədir bu "batmayacaq qədər böyük"?

"Batmayacaq qədər böyük" ifadəsi, xüsusilə maliyyə və iqtisadi sahələrə bələd olanların yaxşı bildiyi bir termindir. Bu ifadə, bəzi böyük şirkətlərin və ya maliyyə qurumlarının çox əhəmiyyətli və böyük olduqları üçün iflasına icazə verilməyəcəyini göstərir.

Belə qurumların çökməsi iqtisadiyyata ciddi mənfi təsir göstərə biləcəyindən, hökumətlər və ya mərkəzi banklar tərəfindən xilasetmə müdaxilələri edilir. Məsələn, 2008-ci il qlobal maliyyə böhranında bəzi böyük banklar üçün bu siyasət tətbiq olunmuşdu. Tarixinin ən ağır dövrünü yaşayan "Intel" üçün də belə müdaxilələrin lazım gələcəyi gözlənilir.

"Intel"i Xilas Etmək

ABŞ qanunvericiləri "Intel"in iflasının qarşısını alacaq tədbirləri səssizcə müzakirə etsələr də, bunların hələlik ehtiyat tədbirləri olduğunu qeyd etmək lazımdır. "Intel" 2024-cü ilin üçüncü rübündə yüksək miqdarda zərər açıqlasa da, gəlirləri gözləntilərin üstündə olub. Hazırda "Intel" 1968-ci ildən bəri ən mühüm yenidən qurulma proseslərindən birini həyata keçirir.

"Intel"in ABŞ üçün strateji əhəmiyyəti bu müzakirələrin arxasında duran əsas səbəb kimi göstərilir. ABŞ, Çinlə qabaqcıl texnologiya sahəsində qlobal liderlik uğrunda mübarizə apararkən, həm çip dizaynı, həm də istehsalı ilə məşğul olan yeganə Amerika şirkəti olan "Intel" ölkəyə böyük üstünlük verir. "AMD" və "Nvidia" kimi digər ABŞ mərkəzli yarımkeçirici nəhəngləri yalnız çip dizaynı ilə məşğul olur; istehsal isə başqa şirkətlər tərəfindən həyata keçirilir.

"Intel" uğursuz olarsa, ABŞ ən müasir çiplərini istehsal etmək üçün Tayvanlı "TSMC" və Cənubi Koreyalı "Samsung" kimi xarici şirkətlərdən asılı vəziyyətə düşəcək. Bu iki şirkətin ABŞ-da istehsal zavodları olsa da, həmin zavodların ümumi istehsal gücü məhduddur. Həmçinin "TSMC" və "Samsung"un əsas mərkəzlərinin Tayvan və Cənubi Koreyada yerləşməsi Çinlə yaxınlıq səbəbindən strateji risk daşıyır.

"Intel"in iflas etməməsinin digər əsas səbəbi isə şirkətin ABŞ iqtisadiyyatına verdiyi töhfədir. 2023-cü ildə 40 milyard dolları keçən ixracat gəliri ilə ölkənin ən böyük ixracatçıları arasında yer alan "Intel", ABŞ Müdafiə Nazirliyinin Secure Enclave proqramı vasitəsilə ordu üçün qabaqcıl texnologiya çipləri istehsal edir. Bundan əlavə, işçi qüvvəsi baxımından da əhəmiyyətli rol oynayan "Intel", son zamanlarda 16 mindən çox işçisini ixtisar etsə də, hələ də 120 mindən çox insanı işlə təmin edir.

Bunlarla yanaşı, siyasətçilərin Ağ Evin 2008-ci ildə "Chrysler" və "General Motors"a etdiyi nağd yardımlara daha çəkimser yanaşdığı bildirilir. Bunun yerinə hökumətin özəl sektor birləşmələrini təşviq edə biləcəyi qeyd olunur. Hər halda, "Arm" və "Qualcomm"un "Intel"in bir hissəsini və ya hamısını almaqda maraqlı olduğuna dair bəzi şayiələr var, lakin bəzi mütəxəssislər "Intel"i bölməyin heç kimə fayda verməyəcəyini söyləyir.

"Intel"in gələcək durumu necə formalaşacaq, hələ bilinmir; ancaq şirkət, 18A istehsal prosesində irəliləməyə davam edir. Şirkət hələ böyük istehsal müqavilələri imzalamasa da, "Amazon" və digər iki şirkət yeni nəsil yarımkeçiricilər üçün bu texnologiyanı istifadə etməyi öhdəlik götürdüklərini açıqlayıb.

Aydın

XƏBƏRƏ SÖZARDI

"Apple", "Samsung" və "Qualcomm"un "Intel" yarışı

Texnologiya dünyasında etibarlı mənbə kimi tanınan "Moore's Law is Dead" platformasının yaydığı yeni məlumata görə, "Apple" və "Samsung", "Intel"i satın almaq uğrunda yarışa giriblər.

Bu yeni iddia, daha əvvəl "Intel"i satın almaq üçün adı hallanan "Qualcomm"dan sonra, siyahıya daha iki texnologiya nəhənginin də əlavə olunduğunu göstərir. "Apple", "Samsung" və "Qualcomm" kimi üç şirkətin ortaq xüsusiyyəti isə "Arm" lisenziyasına sahib olmalarıdır. Lakin bu şirkətlərin hər birinin "Intel"i satın alması müxtəlif strateji nəticələr doğura bilər və bu, sənaye üzərində fərqli təsirlər yarada bilər.

"Apple" hazırda "iPhone", "iPad" və "Mac" cihazları üçün xüsusi dizaynlı çiplər istehsal edir və Arm əsaslı sistem çipi (SoC) inkişaf etdirməsi ilə seçilir. "Apple"ın "Intel"i satın alması, şirkətin prosessor sektorundakı gücünü daha da artıra və x86 prosessor arxitekturasına sahib bir "Apple" məhsulunun inkişaf etdirilməsinə yol aça bilər.

"Samsung"un isə "Intel" kimi Amerikan texnologiya mirasına sahib bir şirkəti özünə qatması, qlobal miqyasda genişlənmə üçün unikal bir üstünlük qazandıracaq. Çip istehsalı və dizaynında çətinliklər yaşayan "Samsung" üçün mümkün bir birləşmə, "Exynos" seriyasını inkişaf etdirməyə mühüm töhfə verə bilər.

Digər tərəfdən, "Qualcomm" "Intel"i satın almaq niyyətini ilk dəfə ortaya qoyan şirkət idi. "Qualcomm"un Arm ilə yaşadığı anlaşmazlıqlar, şirkəti "Intel"in sahib olduğu x86 arxitekturasını əldə etməyə yönləndirə bilər. "Qualcomm" üçün bu satınalma, PC və server prosessorları bazarında daha geniş şəkildə təmsil olunmaq baxımından böyük bir strateji üstünlük təmin edə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin