GPT-4-dən 100 qat güclü süni intellekt modeli - Tarix açıqlandı
“OpenAI” dekabr ayında, “ChatGPT”nin ikinci il dönümündə yeni süni intellekt modeli “Orion”u təqdim edəcək.
Valyuta.az-ın məlumatına görə, “OpenAI” əvvəlki modellərindən fərqli olaraq “Orion” ilkin mərhələdə yalnız yaxından əməkdaşlıq etdiyi şirkətlərə təqdim ediləcək. Şirkətlər “Orion”un gücündən istifadə edərək məhsullarını və xüsusiyyətlərini inkişaf etdirmək imkanı əldə edəcəklər. Model hamıya elan olunacağı tarix hələ də məlum deyil.
“Orion”un GPT-4-dən 100 qat güclü olacağı gözlənilir. “OpenAI” bu yeni modelin əvvəllər yayımlanan o1 modelindən müstəqil şəkildə inkişaf etdirildiyini açıqladı. “Orion” şirkətin uzunmüddətli hədəf, güclü süni intellekt (AGI) əhəmiyyətli bir addım ola bilər. Modelin hazırlanmasında o1-dən əldə edilən sintetik məlumatlar istifadə edildi və sentyabr ayında təlim prosesi tamamlandı.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay